Ordu.az xəbər verir ki, bu barədə aprelin 9-da hökumətin iclasından sonra keçirilən brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“İki tərəfə atəşkəs razılaşmasını əldə etdiklərinə görə təşəkkür etmək istəyirəm, çünki bunun nə qədər çətin başa gəldiyini təsəvvür edirəm”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, aprelin 8-də İran və ABŞ iki həftəlik atəşkəs barədə elan ediblər. Bu müddət ərzində danışıqların keçirilməsi və müvafiq müqavilənin imzalanması nəzərdə tutulur. Ermənistanın Baş naziri Nikol Paşinyan “X” hesabındakı paylaşımında tərəflər arasında atəşkəs barədə əldə olunmuş razılaşmanı alqışladığını qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az