Paşinyan Putinə ünvanladığı sözlərini təkrarlayıb: “Ermənistanın hazırkı Konstitusiyası buna imkan vermir”

2026/04/1775731439.jpg
Oxunub: 418     17:06     09 Aprel 2026    
“Ermənistanın hazırkı Konstitusiyası Rusiya Federasiyası vətəndaşlığı olan iş adamı, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın deputatlığa və ya baş nazirliyə namizəd olmasına imkan vermir”.

Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il aprelin 9-u hökumətin iclasından sonra keçirilən brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

Paşinyanın sözlərinə görə, bütün dünya bilir ki, sözügedən şəxs deputatlığa və ya baş nazirliyə namizəd ola bilməz. “Əgər Ermənistanda hələ də elə bir adam varsa ki, bu, onun üçün indiyə qədər aydın deyil, onda mən nə deyə bilərəm? Mən yalnız aşkar olanı qeyd edə bilərəm”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, “Güclü Ermənistan” partiyasının proporsional siyahısına Narek Karapetyan rəhbərlik edib. Eyni zamanda, Samvel Karapetyanın namizədliyi baş nazir postuna irəli sürülüb. Siyasi qüvvə qələbə qazanmağı və Konstitusiyaya dəyişikliklər etməyi hədəfləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin