Azərbaycan ABŞ şirkəti ilə süni intellekt infrastrukturu yaratmağı müzakirə edib - FOTO

2026/04/1775739389.jpg
Oxunub: 382     16:46     09 Aprel 2026    
Azərbaycan və ABŞ-nin süni intellekt (Sİ) sahəsində ixtisaslaşmış "Haimaker" şirkəti arasında müvafiq infrastrukturun yaradılması müzakirə edilib.

Ordu.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Haimaker" şirkətinin baş icraçı direktoru cənab Su Le ilə görüşdə Azərbaycanda Sİ infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik. Bu istiqamətdə strateji təklifləri, Ələt Azad İqtisadi Zonasında data mərkəz və bulud platformasının qurulması, əməkdaşlığın hüquqi əsaslarının təşkili və texnologiyaların transferi istiqamətində işbirliyi perspektivlərini nəzərdən keçirdik",- deyə nazir qeyd edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ABŞ  


Bizi "telegram"da izləyin