Qadın hərbçilər üçün MAXE müddəti 3 ildən 6 ayadək azaldılıb

2026/03/1773734597.jpg
Oxunub: 626     16:41     09 Aprel 2026    
Azərbaycanda qadın hərbçilər üçün MAXE müddəti 3 ildən 6 ayadək azaldılıb.

Ordu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliyi imzalayıb.

Belə ki, qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qadın-hərbçilər   MAXE  


Bizi "telegram"da izləyin