Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yazıb.
“Nümayəndə heyətinin Ermənistana səfərini alqışlamışam və xüsusilə son dövrdə ikitərəfli münasibətlərdə qeydə alınan sabit inkişafın müsbət dinamikasını nəzərə alaraq yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulamışam.
Ermənistan-Avstriya çoxşaxəli əməkdaşlığına dair məsələləri müzakirə etmişik.
Həmsöhbətlərimlə həmçinin Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının inkişafı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində son inkişaflar, eləcə də regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparmışıq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az