Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il aprelin 9-da hökumətin iclasından sonra keçirilən brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan erməni ixracatçılarının problemlərinə toxunarkən bildirib.
Məsələ ondadır ki, Ermənistandan Rusiyaya gül və konyak ixrac edən təsərrüfat subyektləri problemlərlə üzləşirlər.
Paşinyanın sözlərinə görə, hər bir hal maksimum dərəcədə ətraflı araşdırılmalıdır.
“Hakimiyyət konkret halları müzakirə etməlidir. 2018-ci ildən etibarən mən onlarla dəfə açıq və qapalı şəkildə ölkədə istehsalın standartlaşdırılmasının zəruriliyindən danışmışam. Biz iqtisadiyyata milyonlarla dollar ayırmışıq ki, onlar öz məhsullarını standartlaşdırmaya cəlb etsinlər. Mövcud olan problemlər iqtisadiyyatın modernləşdirilməsinə aiddir və biz bu məsələlərdə təsərrüfat subyektlərinə dəstək verməyi davam etdirəcəyik, lakin biz bununla razı deyilik ki, texniki problemləri siyasi himayə altında başqa cür təqdim etməyə cəhd göstərilsin”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az