Qırğızıstanın səfiri etimadnaməsini Ermənistan prezidentinə təqdim edib

2026/04/1775735850.jpg
Oxunub: 394     15:50     09 Aprel 2026    
Qırğızıstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kubaniçbek Bokontayev etimadnaməsini Ermənistan prezidenti Vahaqn Xaçaturyana təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər iqtisadi əməkdaşlığın inkişafının vacibliyini qeyd edərək, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın təşviqinin zəruriliyini vurğulayıblar. Xüsusilə informasiya və yüksək texnologiyalar, infrastrukturun inkişafı, eləcə də işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və genişləndirilməsi istiqamətlərində əməkdaşlıq imkanlarına toxunulub.

“Tərəflər yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin fəallaşdırılmasını ikitərəfli münasibətlərin dərinləşdirilməsi üçün mühüm ilkin şərt kimi qiymətləndiriblər. Həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə razılaşdırılmış mövqelərin formalaşdırılması və dəstəyin təmin olunması məqsədilə müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlığın zəruriliyi vurğulanıb.

Söhbət zamanı regional inkişaflarla bağlı fikir mübadiləsi aparılıb. Tərəflər qonşularla münasibətlərdə mehriban qonşuluq, qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq prinsiplərini rəhbər tutmağın vacibliyini qeyd edib, regionda sabitliyin, təhlükəsizliyin və uzunmüddətli sülhün təmin olunmasının əhəmiyyətini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Ermənistan  


Bizi "telegram"da izləyin