Ordu.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
“David haqlı və günahsızdır.
Xatırladaq ki, 2023-cü il iyulun 2-də günorta saatlarında David Avetisyan “İngilis” parkının yaxınlığında Nikol Paşinyanla qarşılaşmış və ona demişdi: “Ölmüş hərbi qulluqçular üçün cavab verəcəksiniz”. Bundan sonra David zorla polis tərəfindən Mərkəzi şöbəyə aparılmış, saxlanılmış və ona ittiham irəli sürülmüşdü.
2024-cü ilin noyabrında İrəvanın ümumi yurisdiksiya cinayət məhkəməsi hakim Roman Smbatyanın sədrliyi ilə David Avetisyanı təqsirli bilmiş və ona 525 000 dram məbləğində cərimə təyin etmişdi.
Bu qərar Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş, iş yenidən baxılmağa göndərilmiş və nəticədə David Avetisyan bəraət almış, ona qarşı təqib dayandırılmışdır”, - deyə məlumatda bildirilir.
Alpər Mövludoğlu
Ordu.az