Alen Simonyan Avstriya parlamentariləri ilə görüşüb

2025/12/1765360583.jpg
Oxunub: 396     15:17     09 Aprel 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan 2026-cı il aprelin 9-da Avstriya Milli Şurasının Avstriya-Ermənistan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Martina fon Kyunsberq-Sarre başda olmaqla nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, müzakirələrin mərkəzində ikitərəfli və parlamentlərarası əlaqələr, Ermənistanda həyata keçirilən demokratik islahatlar, Ermənistan ilə Azərbaycan arasında formalaşan sülh prosesi və regional inkişaf məsələləri olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Avstriya  


Bizi "telegram"da izləyin