Ordu.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan 2026-cı il aprelin 9-da hökumətin iclasından sonra keçirilən brifinq zamanı “Güclü Ermənistan” partiyasının lideri, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanla bağlı açıqlamasını şərh edərkən deyib.
“Mənim həmin açıqlamamda heç bir təhdid elementi yoxdur, mən demirəm ki, vəd edirəm, deyirəm ki, qorxuram ki, belə olacaq. Niyə qorxuram? Çünki hesab edirəm ki, sizin qeyd etdiyiniz şəxs müəyyən dairələrə, o cümlədən Ermənistan xaricində yerləşən, onun mülkiyyəti üzərində müəyyən təsir rıçaqları olan dairələrə verdiyi vədləri yerinə yetirməyəcək və aydındır ki, bu halda onun bütün əmlakı əlindən alınacaq. Mən buna çox təəssüf edirəm, çünki istəməzdim ki, haradasa erməni hesab olunan hər hansı kapital sıfırlansın”, - deyə o bildirib.
Karapetyanın hansı vədləri verdiyi barədə suala cavab olaraq Ermənistan Baş naziri qeyd edib: “Mən başqalarının vədlərini ictimaiyyətə təqdim edən subyekt deyiləm, bunun üçün başqa subyektlər var, qoy onlar izah etsinlər kimə nə vəd ediblər, kim qarşısında hansı öhdəlikləri götürüblər, kimə nəyi təsdiqləyiblər və s. Bunun bizimlə heç bir əlaqəsi yoxdur”.
Alpər Mövludoğlu
Ordu.az