Simonyanın müavini MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının üzvləri ilə görüşüb

2022/01/96964-1643105826.jpg
Oxunub: 325     14:44     09 Aprel 2026    
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 2026-cı il aprelin 9-da MDB Parlamentlərarası Assambleyasının aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının üzvlərini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, onlar komissiyanın səyyar iclasının keçirilməsi ilə əlaqədar ölkədə səfərdədirlər.

“Parlament sədrinin müavini MDB Parlamentlərarası Assambleyası çərçivəsində iştirakçı dövlətlərin əməkdaşlığını yüksək qiymətləndirib.

Gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MDB  


Bizi "telegram"da izləyin