Ermənistan Baş naziri: “Müxalifətin Ermənistanın arzuolunan ərazi ölçüsü ilə bağlı bəyanatları təhlükəlidir”

2026/04/1775731504.jpg
Oxunub: 419     14:42     09 Aprel 2026    
“Bəzi müxalif siyasi qüvvələrin Ermənistanın 29,743 kvadrat kilometr ərazi ilə məhdudlaşmamalı olduğu barədə bəyanatları təhlükəlidir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün hökumətin iclasından sonra keçirilən brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələrinin bəzi müxalif qüvvələr hakimiyyətə gəldiyi təqdirdə yeni müharibənin başlaya biləcəyini niyə iddia etdikləri barədə suala cavab verərkən deyib.

“Əgər hər hansı siyasi qüvvə deyirsə ki, Ermənistan 29,743 kvadrat kilometrlə məhdudlaşmamalıdır, bu halda, əslində, müharibə qaçılmazdır. Burada mübahisə ediləsi çox şey yoxdur”, - deyə Paşinyan əmin edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin