Ordu.az xəbər verir ki, bu barədə bu gün hökumətin iclasından sonra keçirilən brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan bunu Ermənistanda olan Qazaxıstanın xarici işlər nazirinin səfəri zamanı ölkənin dəmir yolu şəbəkəsinin yeni konsessiya idarəçiliyinə verilməsi məsələsinin müzakirə olunub-olunmayacağı barədə suala cavab verərkən deyib.
“Qazaxıstan avqustdan etibarən TRIPP-ə (Zəngəzur dəhlizi-red.) marağını gizlətmir. Qazaxıstan beynəlxalq nəqliyyat sahəsinin iri iştirakçılarından biridir və tərəfdaşlarımız onlar üçün hansı nəqliyyat imkanlarının açıla biləcəyini anlamağa çalışırlar. Qazaxıstan maraq göstərən yeganə ölkə deyil, bir çox ölkələr maraqlıdır. Təbii ki, biz, o cümlədən Qazaxıstanı, Ermənistandan keçən tranzit marşrutlardan istifadə etməyə, bunları öz ixracı, idxalı və göstərdikləri nəqliyyat xidmətləri zəncirinin bir hissəsi kimi nəzərdən keçirməyə hazır olmağa dəvət etməliyik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az