“Konstitusiyanın qəbul edilməsinin yalnız bir yolu var, bu, referendumdur” - Paşinyan

2026/04/1775731371.jpg
Oxunub: 402     14:33     09 Aprel 2026    
“Konstitusiyanın qəbul edilməsinin yalnız bir yolu var, bu, ümumxalq referendumudur”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün hökumətin iclasından sonra keçirilən brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan yeni Konstitusiyanın hər hansı başqa üsulla qəbul edilməsi ehtimalını istisna edib.

Onun sözlərinə görə, qüvvədə olan Konstitusiyaya əsasən bəzi maddələr parlamentdə səsvermə yolu ilə dəyişdirilə bilər (üçdə iki səs çoxluğu ilə - red.). “Komandamız həmçinin müzakirə edir ki, Konstitusiyanın müəyyən maddələrini dəyişdirmək səlahiyyəti parlamentə verilməlidirmi”, - deyə Paşinyan bildirib.

Paşinyan bildirib ki, bu cür dəyişikliklər və əlavələr yalnız xalq tərəfindən edilməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin