Paşinyan: “Ermənistanın Elektrik Şəbəkələri” şirkəti de-fakto milliləşdirilib”

2026/04/1775731335.jpg
Oxunub: 323     14:31     09 Aprel 2026    
“Ermənistanın Elektrik Şəbəkələri” şirkəti de-fakto milliləşdirilib. Bu, tezliklə de-yure rəsmiləşdiriləcək”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün hökumətin iclasından sonra keçirilən brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti onlarla dəfə xəbərdarlıq edib ki, bu, belə davam edə bilməz. “Bu, illərlə davam edib. Qərar qəbul olunub. “Ermənistanın Elektrik Şəbəkələri” indi Ermənistan hökumətinin nəzarəti altındadır və belə də qalacaq”, - deyə Paşinyan bildirib.

Ermənistan Baş naziri vurğulayıb ki, onların yekun məqsədi “Ermənistanın Elektrik Şəbəkələri”ni qanuni olaraq Ermənistanın mülkiyyəti kimi tanımaq və şirkəti istehlakçıların maraqlarını qoruyan formada idarə edəcək ən səmərəli və peşəkar idarəçini cəlb etməkdir.

Paşinyan qeyd edib ki, onlar sonuncuları beynəlxalq və şəffaf müsabiqə yolu ilə cəlb etməyə çalışacaqlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin