Bakı ilə Kiyev arasında humanitar əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

2026/04/1775729003.jpg
Oxunub: 410     13:51     09 Aprel 2026    
Ukrayna səfiri Yuri Qusev və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ukrayna ilə Azərbaycan arasında humanitar əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Ordu.az-ın məlumatına görə, səfir bu barədə sosial şəbəkələrdə yazıb.

"Genişspektrli aktual məsələləri, o cümlədən əməkdaşlığın inkişafı və humanitar qarşılıqlı əlaqələrin gücləndirilməsini, həmçinin regionlararası tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə etdik", - o bildirib.

Y.Qusev, həmçinin qeyd edib ki, birgə təşəbbüslərin praktiki şəkildə həyata keçirilməsinə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib:

"Azərbaycan rəhbərliyinə və xalqına Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyə, mühüm humanitar yardıma görə minnətdarlığımızı bildiririk".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Kiyev  


Bizi "telegram"da izləyin