Paşinyan: "Qazaxıstan TRIPP layihəsinə maraq göstərir"

2026/04/1775637686.jpg
Oxunub: 366     13:36     09 Aprel 2026    
Bir sıra ölkələr, o cümlədən Qazaxıstan "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə maraq göstərib.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.

N.Paşinyan bildirib ki, Qazaxıstan 2025-ci ilin avqustundan yəni TRIPP üzrə sazişin imzalanmasının ilk günlərindən öz marağını gizlətməyib:

"Çünki bu, beynəlxalq əlaqənin yeni yolunu açacaq. Qazaxıstan isə Çin və Avropa arasında daşıma marşrutunda ən böyük oyunçulardan biridir. O, belə maraq ifadə edən yeganə ölkə deyil, bu da təbiidir. Hamının aydın təsəvvürü olmalıdır ki, yük Ermənistanın sərhədinə çatıb onun ərazisindən keçibsə, bundan sonra hansı yollarla gedəcək. Marşrutdakı bütün ölkələr bu halda bir zəncirin hissələridir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qazaxıstan  


Bizi "telegram"da izləyin