Ermənistan parlamentinin sədri Estoniyanın XİN rəhbəri ilə Ermənistan-Aİ münasibətlərini müzakirə edib

2026/04/1775727209.jpg
Oxunub: 421     13:32     09 Aprel 2026    
Ermənistan parlamentinin sədri sədri Alen Simonyan 2026-cı il aprelin 9-da Estoniyanın Xarici İşlər naziri Marqus Tsahkna ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlərin müzakirələrinin mərkəzində həm ikitərəfli və parlamentlərarası əlaqələrə dair məsələlər, həm də Ermənistan-Aİ münasibətləri və demokratik islahatlara dair mövzular yer alıb.

“Görüşdə həmçinin regional inkişaflar ətrafında fikir mübadiləsi aparılıb, Ermənistan və Azərbaycan arasında qurulmuş sülh prosesinə və “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinə xüsusi toxunulub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Estoniya  


Bizi "telegram"da izləyin