Ordu.az xəbər verir ki, bunu bu gün hökumətin iclasından sonra keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya son səfərindən sonra səslənən tənqidi fikirləri şərh edərkən bildirib.
“İşgüzar nahar baş tutdu və biz həmişəki kimi nahar etdik, dostcasına söhbət etdik. Mən bu səfəri çox uğurlu qiymətləndirirəm. Qalan hər kəs isə öz rəyində azaddır”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, tərəflər artıq gələcək görüşlər və tədbirlər barədə razılığa gəliblər.
“Biz artıq iyunun ikinci yarısı üçün yüksək səviyyəli görüş planlaşdırmışıq. Ümumi məzmuna gəlincə, hesab edirəm ki, dediklərim faktiki olaraq əvvəlki ictimai bəyanatlarımın həmin zalda əks olunmasıdır. Beləliklə, Rusiya Federasiyasının Prezidenti ilə görüşdə mən yeni heç nə deməmişəm”, - deyə Paşinyan bildirib.
Paşinyanın qiymətləndirməsinə görə, Ermənistan və Rusiya münasibətləri bu gün konstruktiv transformasiya mərhələsindədir.
Ermənistan Baş naziri bu prosesi müsbət qiymətləndirib.
Alpər Mövludoğlu
Ordu.az