Paşinyan onu dəstəkləməyən diaspor erməniləri barədə: “Bu insanlar diaspor deyil və onlar cüzi azlıqdır”

2026/04/1775643855.jpg
Oxunub: 417     13:22     09 Aprel 2026    
“Son illərdə diaspordan Ermənistana investisiyaların əhəmiyyətli artımı müşahidə olunur".

Ordu.az xəbər verir ki, bu barədə bu gün hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“İrəvanda səfərlərimiz zamanı onlarla diaspor ermənisi ilə görüşmüşük ki, onlar Ermənistan hökumətinin apardığı siyasəti qeyd-şərtsiz dəstəkləyirlər. Bu, çox vacib bir qeyddir”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, reallıqların qavranılması ilə bağlı çox ciddi yenidən qiymətləndirmə aparılmalıdır. “Biz çox aydın qiymətləndirməliyik ki, kim kimi təmsil edir, çünki bizim reallığımızda qəbul olunub ki, istənilən şəxs istənilən adamın adından danışa bilər. Legitimlik amili həmişə lazımi diqqətə layiq görülməyib və bu gün özlərini diaspor adından danışmağa səlahiyyətli hesab edən bir çox insanlar ümumiyyətlə diaspor insanları ilə heç bir əlaqəyə malik deyil.

Elə ofislər, qruplar, klublar var ki, özlərini diaspor adından danışmağa səlahiyyətli hesab edirlər. Bu insanlar şübhəsiz ki, diaspordandırlar, amma onlar diaspor deyil. Mən rəsmi olaraq demək istəyirəm ki, onlar artıq o qədər cüzi azlıqdır ki, qəti şəkildə deyirəm, onlar sadəcə kənar təşkilatlardır. Ermənistan hökuməti bu təşkilatlarla getdikcə daha az işləyəcək və nəticədə ümumiyyətlə işləməyəcək.

Bu təşkilatlar, necə deyərlər, “adı var, özü yoxdur”.

Əlbəttə, biz, diaspor işləri üzrə baş komissarın ofisi mümkün qədər inklüziv olmağa çalışır və bu məntiq üzrə işləyirik, lakin məhz bu iş prosesində də bunu görürük, çünki insanlarla ünsiyyət başqa bir şey göstərir, hansısa sənədləri olan fərdlərlə ünsiyyət isə tamam başqa mənzərə ortaya qoyur”, - deyə Paşinyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin