“Bu tellərdən biri, bəzən isə hər ikisi sonda qaçılmaz olaraq onun boynuna dolanacaq” - Levon Ter-Petrosyan

2025/09/1758708448.jpg
Oxunub: 369     15:51     09 Aprel 2026    
“Bu tellərdən biri, bəzən isə hər ikisi sonda qaçılmaz olaraq onun boynuna dolanacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib.

“Bizim “kalibrdə” olan hər hansı ölkənin rəhbəri fövqəldövlətlərin geosiyasi oyunlarına girməməlidir, hətta buna haqqı da yoxdur. O qədər sadəlövh olmamalıdır ki, bir fövqəldövlətə bir şey, digərinə isə başqa bir şey vəd edərək bu “hiyləgər siyasət” sayəsində hansısa uğura nail ola biləcəyini düşünsün.

Heç bir fövqəldövlətin arxasında elə sövdələşmələr bağlamaq mümkün deyil ki, digər fövqəldövlətlər bundan ən xırda detalları ilə xəbərdar olmasınlar. Bütün fövqəldövlətlər elə güclü kəşfiyyat imkanlarına malikdirlər ki, kiçik ölkələr onlardan hər hansı sirri gizlətməkdə çətinlik çəkərlər. Buna görə də kiçik dövlətlərin rəhbərləri fövqəldövlətlərə qarşı maksimum dərəcədə səmimi olmalıdırlar.

Onların bu cür davranışı mütləq qiymətləndiriləcək və hətta bundan nəsə qazanmasan belə, heç olmasa heç nə itirməyəcəksən. Bir sözlə, xalq dili ilə desək, kiçik bir ölkənin rəhbərinin ağlına belə gəlməməlidir ki, öz bu balaca halı ilə iki simin üzərində oynayıb dünyanın böyüklərini aldada bilər. O tellərdən biri, bəzən isə hər ikisi sonda qaçılmaz olaraq onun boynuna dolanacaq”, - deyə Ter-Petrosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Petrosyan   Ermənistan  


Bizi "telegram"da izləyin