Ordu.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte CNN-ə müsahibəsində, Donald Trampla görüşündən sonra danışıb.
Rutte görüşü “iki yaxşı dost” arasında səmimi və açıq müzakirə kimi xarakterizə edib.
O bildirib ki, Trampa çox sayda Avropa ölkəsinin başqa formalarda, o cümlədən logistika dəstəyi, uçuşlar və bazalar vasitəsilə yardım göstərdiyini deyib.
Rutte ABŞ-nin hələ də NATO-dan çıxma məsələsini müzakirə edib-etmədiyi barədə suala cavab verməkdən imtina edib.
“Dediyim kimi, şübhəsiz ki, məyusluq var, amma eyni zamanda o, mənim arqumentlərimi diqqətlə dinlədi”, - deyə Rutte bildirib.
O əlavə edib ki, Avropanın böyük hissəsi İranın “xaos ixrac etmək” imkanının aradan qaldırılması məsələsində ABŞ prezidentini dəstəkləyir.
Sevinc Əliyeva
Ordu.az