“Rusiya Ermənistandan rasional, qeyri-düşmən siyasət gözləyir” - Köçəryan

2026/03/1773150242.jpg
Oxunub: 431     22:10     08 Aprel 2026    
“Rusiya Ermənistandan rasional, qeyri-düşmən siyasət gözləyir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Böyük siyasət” podkastının dördüncü buraxılışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanın maraqlarına qarşılıqlı hörmət və proqnozlaşdırıla bilən münasibətlər istəyir və eyni şəkildə cavab verməyə hazırdır.

Sabiq erməni prezident vurğulayıb ki, onun hakimiyyəti dövründə Ermənistana təzyiq göstərmək cəhdləri olmayıb.

“Və biz bu münasibətlərdən fayda əldə etmişik. Orta hesabla, biz 10 il ərzində qazı 60 dollara almışıq, bu da digər ölkələrdən bir neçə dəfə ucuzdur. Mən əminəm ki, bütün məsələlər üzrə ümumi dil tapmaq mümkündür. Rusiya ilə maraqlarımız bir çox məsələlərdə üst-üstə düşür, iqtisadiyyatlarımız bir-birini tamamlayır”, - deyə Köçəryan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin hazırda Avrasiya İqtisadi Birliyindən çıxmaq planlarını necə hazırlaması Rusiya tərəfi üçün təhqiramizdir.

“Elə görünür ki, Ermənistan Avropaya aparan yol ilə hərəkət edir. Ermənistan başa düşür ki, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzvlük uyğun gəlmir. Lakin Avropa İttifaqı hələlik qəbul etmədiyi üçün ölkə Avrasiya İqtisadi Birliyində qalır və təşkilata “ehtiyat variant” kimi yanaşır”, - deyə Köçəryan vurğulayıb.

Sabiq erməni prezident vəziyyəti kiçik və iri biznes arasında münasibətlər nümunəsi ilə izah edib.

“Burada kiçik biznes daim başqa tərəfdaş axtardığını bildirir. Nəticədə iri biznes əlaqələri kəsəcək və deyəcək ki, mən anbar deyiləm. İnsan münasibətləri baxımından bu, təhqiramizdir”, - deyə Köçəryan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin