Qaluzin və Mustafayev Moskva ilə Bakı arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər

2026/04/1775670771.jpg
Oxunub: 436     21:14     08 Aprel 2026    
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev qarşıdan gələn hökumətlərarası təmaslar fonunda ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında bildirilib.

"Hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin və müttəfiqlik fəaliyyətinin daha da möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı məqsədilə səmərəli birgə fəaliyyətin davam etdirilməsinə dair qarşılıqlı marağın olduğu qeyd olunub", - məlumatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaluzin   Mustafayev  


Bizi "telegram"da izləyin