Estoniya XİN rəhbəri sabah Ermənistana səfər edəcək

2026/04/1775663676.jpg
Oxunub: 424     19:49     08 Aprel 2026    
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna aprelin 9-da Ermənistana ikigünlük səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Nazir Marqus Tsahkna İrəvandakı səfirliyimizin açılışında iştirak edəcək, prezident Vahaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan, parlament sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan ilə görüşəcək”, - deyə bəyanatda qeyd olunub.

Bildirilir ki, danışıqlar zamanı regional təhlükəsizlik, Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdəki hadisələr, Aİ-Ermənistan tərəfdaşlığı, viza məsələsi və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunacaq, həmçinin əməkdaşlıq haqqında memorandum imzalanacaq.

“Estoniya Ermənistan və Azərbaycanın sülh səylərini, eləcə də Aİ ilə əlaqələrin gücləndirilməsini, rəqəmsal, kiber və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləyir”, - deyə qurumdan bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Ermənistan  


Bizi "telegram"da izləyin