Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Saat 16:30 radələrində Vanadzor-Spitak avtomobil yolunun 10-cu kilometrliyində DAF markalı yük avtomobili ilə “VAZ 21014” markalı minik avtomobili toqquşub.
Məlumata görə, qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə hadisə yerinə gəlmiş “Spitak” tibb mərkəzinin təcili yardım həkimləri tərəfindən əvvəlcə yerində ilkin tibbi yardım alıb, daha sonra “Spitak” tibb mərkəzinə çatdırılıb.
Hadisə yerinə toplaşan bir neçə vətəndaş bildirib ki, ölənlər Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır və ehtimal ki, buna görə onların cəsədlərini daşımaq üçün hadisə yerinə Müdafiə Nazirliyinin istifadə etdiyi “UAZ” markalı təcili yardım avtomobilləri gəlib.
Alpər Mövludoğlu
Ordu.az