“Sülh uşaq kimidir, ona qulluq etməsən, yaşamaz” - Paşinyan

2026/04/1775656949.jpg
Oxunub: 421     17:57     08 Aprel 2026    
“Bizim yeganə narahatlığımız sülhdür, xalqın bütün diqqəti bundadır, əgər sülh olsa, hər şey də olacaq”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistanın Kotayk vilayətinin kəndlərindən birində sakinlərdən biri ölkənin Baş naziri Nikol Paşinyana müraciət edərkən deyib.

Paşinyan cavabında bildirib: “Sülh hazırda bu anda mövcuddur, lakin sülh qayğıya ehtiyac duyur. Mən həmişə bu müqayisəni aparıram, nə qədər düşünürəm, daha dəqiq müqayisə tapa bilmirəm, onu uşaqla müqayisə edirəm. Uşaq doğulanda mövcuddur, yaşayır, amma ona qulluq edilməsə, yaşamaz. Ona davamlı olaraq elə bir səviyyəyə qədər qulluq etmək lazımdır ki, artıq özü öz əməyilə qayğı göstərə bilsin.

Əlbəttə, sülh halında proses o qədər uzun deyil, halbuki ümumilikdə uzundur, çünki onilliklər boyu davam edən düşmənçiliyi aradan qaldırmaq da onilliklər tələb edəcək. Amma əsas odur ki, təməl qoyulub, artıq düz iki ildir ki, sərhəddə nə ölən, nə də yaralanan var. Mən sizin mövqeyinizə və anlayışınıza görə sizə təşəkkür edirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin