Erməni sakindan Paşinyana irad: “Silah alırsınız, bu, yaxşıdır, amma yerli elmi diqqətdən kənarda qoyursunuz”
“Bilirik ki, ölkənin təhlükəsizliyi üçün Hindistandan, Amerikadan, Fransadan silahlar alırsınız, bu çox yaxşıdır, təqdirəlayiqdir, amma yerli elmi diqqətdən kənarda qoyursunuz”.
Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistanın Kotayk vilayətinin kəndlərindən birində sakinlərdən biri Baş nazir Nikol Paşinyana müraciət edərkən deyib.
Erməni kənd sakini yalnız maaşın kifayət etmədiyini, nəticənin də vacib olduğunu bildirib.
Paşinyan buna cavab olaraq deyib: “Ermənistanın hərbi-sənaye kompleksi son üç ildə 170 milyard dramlıq sifariş alıb və ayın 28-də keçiriləcək paradda yerli istehsal silahların hansı səviyyədə olduğunu görəcəksiniz”.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Paşinyan
Ermənistan