“Bizim “kalibrdə” olan ölkənin rəhbəri böyük güclərin geosiyasi oyunlarına qoşulmamalıdır” - Ter-Petrosyan

2025/09/1758708448.jpg
Oxunub: 462     17:06     08 Aprel 2026    
“Bizim “kalibrdə” olan heç bir ölkənin rəhbəri böyük güclərin geosiyasi oyunlarına qoşulmamalıdır, hətta buna haqqı yoxdur. Elə sadəlövh olmamalıdır ki, bir gücə bir söz verib, digərinə başqa söz verərək uğur qazana biləcəyini düşünsün”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu fikirləri hələ 2013-cü ildə səsləndirib.

“Heç bir böyük gücün arxasında digər böyük güclərin bilmədiyi razılaşmalar bağlamaq mümkün deyil. Bütün böyük güclər elə güclü kəşfiyyat imkanlarına malikdir ki, kiçik dövlətlər onlardan heç nəyi gizlədə bilməz. Buna görə də kiçik dövlətlərin rəhbərləri böyük güclərə qarşı maksimum dərəcədə açıq olmalıdır.

Belə davranış mütləq qiymətləndiriləcək və bundan heç nə qazanmasan belə, heç nə itirməyəcəksən. Sadə dillə desək, heç bir kiçik ölkənin rəhbəri düşünməməlidir ki, o, iki tərəf arasında oynayaraq böyük gücləri aldada bilər. Sonda bu siyasət onun özünə qarşı çevriləcək”, - deyə Petrosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Petrosyan   Ermənistan  


Bizi "telegram"da izləyin