Qazaxıstanın xarici işlər naziri Ermənistana səfər edəcək

2026/04/1775652669.jpg
Oxunub: 599     16:19     08 Aprel 2026    
Aprelin 8-9-da Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev rəsmi səfərlə Ermənistanda olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev də daxildir.

Qeyd edilir ki, aprelin 9-da Ermənistan Xarici İşlər Nazirliyində xarici işlər nazirlərinin təkbətək görüşü keçiriləcək, daha sonra geniş tərkibdə görüş baş tutacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Ermənistan  


Bizi "telegram"da izləyin