Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan podkast zamanı bildirib.
“Ermənistan heç vaxt bu qədər problemli və asılı vəziyyətdə olmayıb, üstəlik hamıdan asılıdır. Rusiyadan obyektiv asılılıq çox böyükdür.
AİB-dən çıxmaq kimə zərbə vuracaq? Baxın, Ermənistanın xarici ticarətinin 35-40%-i Rusiyanın payına düşür, bəs Rusiyanın xarici ticarətində Ermənistanın payı nə qədərdir? Cəmi 0.3%. Kənd təsərrüfatını məhv etdikdən sonra deyəcəklər ki, bəli, biz kənd təsərrüfatını itirdik, amma müstəqillik qazandıq. Belə bir tezis olacaq”, - deyə Köçəryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az