Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
CNN-in məlumatına görə, o bildirib ki, bu proses ona İran sistemi haqqında çox şey öyrədib.
Vens Budapeştdə çıxışı zamanı qeyd edib ki, İranın reaksiyası kifayət qədər fərqli olub və bu, hökumət daxilində fəaliyyət göstərən qruplardan asılı olub.
O bildirib ki, əgər xarici işlər naziri layihə ilə bağlı müsbət fikirlər səsləndiribsə, digər şəxslər həm ABŞ-nin hərbi nailiyyətləri, həm də atəşkəsin ümumi “konturları” barədə “yalan danışıb”.
“Buna görə deyirəm ki, bu, kövrək atəşkəsdir. Elə insanlar var ki, açıq şəkildə danışıqlar masasına oturmaq və bizimlə əməkdaşlıq edərək faydalı razılaşma əldə etmək istəyirlər, lakin elə insanlar da var ki, hətta bu kövrək atəşkəs barədə belə yalan danışırlar. Əgər iranlılar bizimlə səmimi şəkildə əməkdaşlıq etməyə hazırdırsa, hesab edirəm ki, razılığa gələ bilərik. Əgər isə yalan danışmağa, aldatmağa və ya bu kövrək atəşkəsi belə pozmağa çalışsalar, onların vəziyyəti “yaxşı” olmayacaq”, - deyə Vens qeyd edib.
Vensin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp öz komandasından hazırda İran üzərində müəyyən hərbi, diplomatik və iqtisadi təzyiq alətlərinin tətbiqindən çəkinməyi xahiş edib.
Eyni zamanda o qeyd edib ki, əgər İran müharibənin müsbət yekunu ilə bağlı razılığa gələ bilməzsə, bu variantlar qüvvədə qalacaq.
“Prezident bizə danışıqlar masasına oturmağı dedi, lakin əgər iranlılar eyni şəkildə davranmasa, onlar anlayacaqlar ki, ABŞ Prezidenti elə bir şəxs deyil ki, onunla zarafat etmək mümkün olsun. O, səbirsizdir və mümkün qədər tez irəliləyiş əldə etmək istəyir”, - deyə deyə Vens bildirib.
Sevinc Əliyeva
Ordu.az