Ermənistan Antikorrupsiya Komitəsi keçmiş əmək və sosial məsələlər nazirini saxlayıb

2026/04/1775644037.jpg
Oxunub: 351     14:22     08 Aprel 2026    
Ermənistan Antikorrupsiya Komitəsi bu gün səhər saatlarında ölkənin keçmiş əmək və sosial məsələlər naziri Artem Asatryanı da saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, o, 2011-2018-ci illərdə Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb.

Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, Antikorrupsiya Komitəsində araşdırılan cinayət işi çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham olunan bir qrup şəxs saxlanılıb. Onların arasında Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş rəhbəri Arman Sahakyan və digər keçmiş yüksək vəzifəli şəxslər də var.

“İstintaqın maraqlarını nəzərə alaraq əlavə məlumat verə bilmirik”, - deyə Ermənistan Antikorrupsiya Komitəsindən bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Antikorrupsiya-Komitəsi  


Bizi "telegram"da izləyin