Paşinyan ABŞ və İran arasında əldə edilmiş atəşkəsə münasibət bildirib

2026/04/1775643855.jpg
Oxunub: 382     14:14     08 Aprel 2026    
“Ermənistan ABŞ və İran arasında bütün hərbi əməliyyatların dayandırılması barədə əldə olunmuş mühüm qərarı alqışlayır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan “X” sosial şəbəkəsində paylaşım edib.

“Vasitəçilik səylərini, o cümlədən Pakistanın səylərini də yüksək qiymətləndiririk və qəti şəkildə inanırıq ki, bütün həll olunmamış məsələlərin tənzimlənməsi və Yaxın Şərqdə sülhün qorunması üçün diplomatiya üstünlük təşkil etməlidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   ABŞ   İran  


Bizi "telegram"da izləyin