Ermənistan baş prokuroru ABŞ-nin müvəqqəti işlər vəkili ilə görüşüb

2026/04/1775643790.jpg
Oxunub: 371     14:13     08 Aprel 2026    
Ermənistan baş prokuroru Anna Vardapetyan bu gün Ermənistanda Amerika Birləşmiş Ştatlarının müvəqqəti işlər vəkili Deyvid Alenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı, digər mövzularla yanaşı, Ermənistanda başlanmış cinayət işi çərçivəsində Baş Prokurorluq ilə ABŞ-nin müvafiq qurumları arasında effektiv əməkdaşlıq nəticəsində ABŞ-nin səlahiyyətli məhkəməsinin qərarı ilə cinayət yolu ilə əldə edilmiş əmlak hesab olunan, Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus ABŞ-də Los-Anceles şəhərində yerləşən malikanənin satışından əldə olunan vəsaitin böyük hissəsinin Ermənistana qaytarılması prosesinə və müddətlərinə də toxunulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin