“Factor.am”: Alen Simonyan parlament qarşısında toplaşanların sözlərini seçərək təqdim edib

2026/03/1773389988.jpg
Oxunub: 353     17:08     09 Aprel 2026    
Ermənistan parlamentinin qarşısında keçirilən aksiya zamanı “Factor TV”nin çəkdiyi video və qısa sorğular parlament sədri Alen Simonyan tərəfindən hissə-hissə təqdim edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Factor.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, montaj edilmiş videoda Simonyan yalnız suallara cavab verməkdən imtina edən və ya aksiyada iştirak etmədiklərini deyən vətəndaşların sözlərini saxlayıb.

“Videonun tam versiyasında isə görünür ki, “Factor TV”nin jurnalisti Narek Kirakosyanın suallarına cavab verən bəzi iştirakçılar aksiyaya dair suallara cavab verir, öz tələblərini səsləndirirlər.

Lakin onların iştirakı ilə olan hissələr Alen Simonyanın yayımladığı versiyadan kəsilərək çıxarılıb. Faktların bu cür təqdimatı “Cherry picking” adlanır, yəni yalnız bir tərəf üçün sərfəli olan faktlar və arqumentlər bu halda isə Alen Simonyan üçün seçilərək təqdim olunur. Parlament sədrindən başqa, videonun kəsilmiş və montaj olunmuş versiyalarını “Vətəndaş Müqaviləsi” partiyasının deputatları Artur Hovhannisyan və Arusyak Culhakyan da yayımlayıblar. “Vətəndaş Müqaviləsi” nümayəndələri bu paylaşımları istinad göstərmədən və “Factor TV” redaksiyasının razılığı olmadan ediblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin