Paşinyanın partiyasında narazılıq var: “Paşinyandan incimiş olsaydı və ya əksinə olsaydı, Sarkisyan çoxdan barmaqlıqlar arxasına göndərilərdi”

2026/04/1775625032.jpg
Oxunub: 384     09:09     08 Aprel 2026    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərini eyni fraksiyanın deputatı Hayk Sarkisyanın özündənrazı davranışı artıq əsəbiləşdirməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrin məlumatına görə, partiya mənbəsi narazılıqla bildirib: “Roma Papasından daha katolik kimi davranır, guya həmişə belə olub...”.

“Həmçinin narazılıq ifadə olunub ki, onun bu qədər irəli çəkilməsinin səbəbi məhz Nikol Paşinyandır: “Üstəlik, əgər doğrudan da Paşinyandan incimiş olsaydı və ya əksinə olsaydı, Hayk Sarkisyan çoxdan barmaqlıqlar arxasına göndərilərdi”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sarkisyan  


Bizi "telegram"da izləyin