2025-ci ildə Ermənistanı hava nəqliyyatı ilə tərk edənlərin sayı yenə də gələnlərin sayından çox olub

2026/04/1775589211.jpg
Oxunub: 452     23:04     07 Aprel 2026    
2025-ci ilin yanvarından noyabrına qədər Ermənistanın iki (“Zvartnots” və “Şirak”) hava limanında sərnişin axını 5 milyon 308 min 136 nəfər təşkil edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, “Zvartnots” hava limanında həmin dövrdə sərnişin axını 5 milyon 180 min 864 nəfər olub (2 milyon 582 min 999 nəfər gəliş, 2 milyon 597 min 865 nəfər gediş). “Şirak” hava limanında isə bu göstərici 127 min 272 nəfər təşkil edib (63 min 989 nəfər gəliş, 63 min 283 nəfər gediş).

Qeyd edilib ki, bu müddətdə hava nəqliyyatı ilə Ermənistana ümumilikdə 2 milyon 646 min 988 nəfər gəlib, 2 milyon 661 min 148 nəfər isə ölkəni tərk edib.

Bu isə o deməkdir ki, 14 min 160 nəfər daha çox insan ölkəni tərk edib. 2024-cü ildə də ölkəni tərk edənlərin xeyrinə fərq 21 min nəfəri keçib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əhali  


Bizi "telegram"da izləyin