Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan sorğulara görə cəmi 24 faiz səsə malik olan “Vətəndaş Müqaviləsi”nin necə hakimiyyətə can atması ilə bağlı suala münasibət bildirərkən deyib.
“Bir çox sorğular var ki, onlara görə siyasi qüvvələr həmin sorğuların hədlərinə uyğun gəlmək üçün 500% səs toplamalıdırlar, çünki elə sorğular var ki, bir siyasi qüvvə 50% səs toplayacağını deyir, digəri isə 70% səs toplayacağını və küçədə, Ermənistanın şəhərlərində, kəndlərində konstitusiyanı dəyişə biləcəyini bildirir. Reallıq isə başqadır, həmin insanlara Ermənistanda mövcud vəziyyətdən uzaqlaşmamağı tövsiyə edərdim”, - deyə o qeyd edib.
“Vətəndaş Müqaviləsi” partiyasının üzvü olan Andranik Köçəryanın oğlu ilə bağlı səsləndirdiyi qalmaqallı açıqlamaya toxunan Xudatyan bildirib: “Cənab Köçəryan üzr istəyib”.
“Bu o deməkdirmi ki, təhqir etmək, sonra isə üzr istəmək olar?” sualına cavab olaraq Xudatyan deyib: “Hörmətli həmkarlar, cənab Köçəryan üzr istəyib. O, problemli bir vəziyyət haqqında danışıb, bəli, orada problemli məqam var, o, dediklərində problemli tərəf və ya yanlış anlaşılma olduğunu qəbul edib və buna görə üzr istəyib. Bundan daha artıq, bundan daha mədəni yanaşmanı təsəvvür etmirəm. Çox arzuolunandır ki, ümumiyyətlə, həm hakimiyyət, həm də müxalifət tərəfindən, ümumiyyətlə bütün dünyada yanlış anlaşılmaya səbəb olan fikirlər səsləndirilməsin. “Vətəndaş Müqaviləsi” də bu vəziyyətdən uzaq deyil. Səkkiz il ərzində 5 nümunə də göstərə bilərsiniz, lakin bu o demək deyil ki, “Vətəndaş Müqaviləsi” bu vəziyyətdən uzaqdır”.
Alpər Mövludoğlu
Ordu.az