Ermənistanda süni zəkanın istifadəsi məhdudlaşdırılacaq, yeni qanun layihəsi parlamentdə müzakirə olunur

2026/04/1775489688.jpg
Oxunub: 360     20:29     07 Aprel 2026    
“Audio-vizual media haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Ermənistan parlamentin növbədənkənar iclasında ikinci və yekun oxunuşda aprelin 7-də müzakirə olunacaq.

Ordu.az xəbər verir ki, həmin dəyişiklik Ermənistanda fəaliyyət göstərən audio-vizual media qurumlarını süni zəka vasitəsilə yaradılmış və ya dəyişdirilmiş məzmunu açıqlamağa məcbur edəcək.

Qanun layihəsini Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan təqdim edib.

Bu tələbin yerinə yetirilməməsi 300 min dram məbləğində cərimə ilə nəticələnəcək.

Qanunun icrasını Nəzarət orqanı - Televiziya və Radio Komissiyası həyata keçirəcək.

Ermənistan KİV-ləri iddia edir ki, bu təşəbbüs açıq şəkildə “Taşir” şirkətlər qrupunun rəhbəri, erməni iş adamı Samvel Karapetyana yönəlib və o, öz təşviqat videolarında süni zəkanın imkanlarından fəal istifadə edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Süni-zəka  


Bizi "telegram"da izləyin