Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, az əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da hökumətə gəlib.
Xatırladaq ki, bu gün saat 15:00 radələrində parlament 66 lehinə, 16 əleyhinə və 0 bitərəf səslə Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihənin lehinə yalnız hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları və Geğam Nazaryan səs veriblər.
Parlamentin sədri Alen Simonyan bildirib ki, üç saatlıq fasilə elan edilir və bundan sonra layihənin ikinci oxunuşu keçiriləcək.
Qeyd edək ki, hakim fraksiya kifayət qədər deputatın zalda olmaması səbəbindən iki dəfə 20 dəqiqəlik fasilə götürmək məcburiyyətində qalıb ki, layihə qəbul edilsin.
Xatırladaq ki, təklif olunan dəyişikliyə əsasən, “Partiyalar ittifaqının adı şəxsi ad, dövlət və yerli özünüidarəetmə orqanlarının adlarını və ya onlara qarışdırılacaq dərəcədə oxşar adları və (və ya) onların hallanmış formalarını ehtiva edə bilməz”.
Müşahidəçilər bildirirlər ki, bu təşəbbüs açıq şəkildə “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyana qarşı yönəlib. Onun adı və soyadı “Güclü Ermənistan” partiyası tərəfindən yaradılmış seçki blokunun adında yer alır.
Alpər Mövludoğlu
Ordu.az