Ordu.az xəbər verir ki, bunu bu gün İrəvan Dövlət Universitetində keçirilən tədbirdə İranın Ermənistandakı səfiri Xəlil Şirğolami bildirib.
O ümid etdiyini bildirib ki, aqressiv müharibə dayandırılacaq və münaqişəyə real son qoyulacaq.
Şirğolaminin sözlərinə görə, ABŞ ağlını bərpa edərsə, buna asanlıqla nail olmaq mümkündür.
Səfir vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın “Hər şeydən əvvəl Amerika” şüarı “Hər şeydən əvvəl İsrail”ə çevrilib. İran səfiri bunu münaqişənin əsas səbəbi kimi qiymətləndirib.
“Ümid edirik ki, Ağ Evə ağıl qayıdacaq və o, “cinayətkar” Netanyahunu dayandıracaq. Ümid edirəm ki, bəzi ölkələr bunun onlar və bütün dünya üçün, o cümlədən iqtisadi baxımdan çox ciddi nəticələr doğuracağını anlayacaq. Bu nəticələrdən həqiqətən narahat olan ölkələr ABŞ və İsraili İrana qarşı aqressiyanı dayandırmağa məcbur etməlidir”, - deyə Şirğolami bildirib.
O qeyd edib ki, İran sadəcə atəşkəsə deyil, düşmənçiliyin və qarşıdurmanın real şəkildə dayandırılmasına çalışır.
“Sonuncu dəfə, 12 günlük müharibə zamanı, İsrail ciddi təzyiq altında olanda və İran raket zərbələri alanda, onlar ABŞ-dən müdaxilə edib atəşkəs bağlanmasını xahiş etdilər və biz bu ideyanı qəbul etdik. Nə baş verdi? Altı ay sonra aqressiya yenidən başladı”, - deyə diplomat qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az