Qabrielyanov: “Paşinyan seçkilərdə qalib gəlsə, Ermənistan üçün qaz bazar qiymətləri ilə olacaq, viza rejimi tətbiq ediləcək”

2022/07/1658125838.jpg
Oxunub: 344     16:46     07 Aprel 2026    
“Mən Kreml mənbələrindən müstəsna məlumatlar əldə etmişəm: qərar qəbul olunub. Əgər Paşinyan seçkilərdə qalib gəlsə, Ermənistan üçün qaz bazar qiymətləri ilə olacaq, Ermənistanla viza rejimi tətbiq ediləcək, Ermənistanla hava nəqliyyatı dayandırılacaq, Ermənistanla əlaqəli bütün bizneslər Rusiyada fəaliyyətini dayandıracaq, mövsümi işçilərə Rusiyada işləmək qadağan olunacaq, Ermənistana pul köçürmələri isə dayandırılacaq”.

Ordu.az xəbər verir ki, bu barədə “News Media” şirkətinin erməni əsilli rəhbəri Aram Qabrielyanov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyana yalnız sərbəst şəkildə videolar çəkmək və onları sosial şəbəkələrdə paylaşmaq qalır.

“Paşinyan və Alen Simonyanın dediyi kimi, “belə qalib gələcəyik”. Bir də əlavə edim: Paşinyanın axmaqlar üçün “Bağramyan 26” adlı “Telegram” kanalı da olacaq. Mən dərhal demişdim ki, Paşinyan Ermənistanı məhv etmək üçün gəlib. Axmaqlar mənə inanmadılar. Sonra deməyin ki, seçkilərə iki ay qalmış sizi xəbərdar etməmişəm”, - deyə Qabrielyanov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qabrielyanov   Paşinyan  


Bizi "telegram"da izləyin