Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyinin ardıcıl həyata keçirilməsinə yönəlmiş işləri müzakirə ediblər.
Qeyd edilib ki, qarşıdakı yüksək səviyyəli səfərlərin və tədbirlərin gündəliyinə, eləcə də davamlı nəticələrin təmin olunmasına yönəlmiş təşəbbüslərə toxunulub.
Bildirilib ki, Ararat Mirzoyan və Kaya Kallas Yaxın Şərqdə baş verən proseslər və vəziyyətin mümkün həll yolları barədə də fikir mübadiləsi aparıblar.
Alpər Mövludoğlu
Ordu.az