Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı jurnalistlərə müsahibəsində partiyanın şura üzvü Alik Aleksanyan bildirib.
Onun sözlərinə görə, Rusiya vətəndaşlığı ilə yanaşı, Samvel Karapetyan həm də Ermənistan və “Avropa” vətəndaşlığına malikdir.
Aleksanyan konkret hansı ölkənin vətəndaşı olduğunu açıqlamayıb.
Bununla belə, partiya üzvünün sözlərinə görə, iki aydan sonra vətəndaşlar öz gözləri ilə görəcəklər ki, Samvel Karapetyanın yalnız bir pasportu olacaq və bu, onun vətəndaşlığını təsdiqləyəcək: “Həmin pasport Ermənistan pasportu olacaq”.
Alpər Mövludoğlu
Ordu.az