Səfir: “İran yardımı təkcə Ermənistan hökumətindən deyil, həm də özəl şirkətlərdən alıb”

2026/02/1772132738.jpg
Oxunub: 425     15:24     07 Aprel 2026    
“Biz Ermənistan hökumətinə və erməni xalqına dəstək və humanitar yardım üçün minnətdarlığımızı bildiririk”.

Ordu.az xəbər verir ki, bunu bunu İranın Ermənistandakı səfrii Xəlil Şirğolami deyib.

Onun sözlərinə görə, bu yardım həm Ermənistan hökuməti, həm də erməni şirkətləri və cəmiyyəti tərəfindən göstərilib.

“Bu, İran üçün dost ölkə kimi çox vacib simvolik jestdir və biz buna görə həqiqətən minnətdarıq. Yardımın miqdarından və növündən asılı olmayaraq, istər dərman, istər ərzaq, istərsə də digər yardım olsun, bu simvolik jest çox önəmlidir. Biz bunu yüksək qiymətləndiririk”, - deyə səfir bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin