Ordu.az xəbər verir ki, bunu bu gün İrəvan Dövlət Universitetində keçirilən tədbirdə İranın Ermənistandakı səfiri Xəlil Şirğolami bildirib.
O həmçinin aydınlaşdırıb ki, müharibə Ermənistanla iqtisadi əməkdaşlığa ciddi mənfi təsir göstərməyib.
Diplomat qeyd edib ki, iki ölkə arasında ticarət davam edir, sərhəd açıqdır və nəqliyyat vasitələri, o cümlədən avtobuslar və yük maşınları sərhədi keçir.
O, Araz çayı üzərində ikinci körpünün tikilməsi planlarından da danışıb və bildirib ki, bu da Ermənistanla İran arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. “Bu layihə başa çatanda iqtisadi əlaqələrimiz genişlənəcək. Bu məsələ ilə bağlı erməni rəsmiləri ilə əlaqədəyik. Bu, birgə layihə olacaq. İran və Ermənistan arasında yeni tranzit marşrutlarının, o cümlədən dəmir yolu əlaqələrinin fəallaşdırılması ilə münasibətlərimizin inkişafına müsbət töhfə verə bilərik”, - deyə səfir vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az