Ordu.az xəbər verir ki, bunu bu gün İrəvan Dövlət Universitetində keçirilən tədbir zamanı İranda fövqəladə və səlahiyyətli səfir Xəlil Şirğolami bəyan edib.
O qeyd edib ki, Cənubi Qafqazda sülh və sabitlik İranın ən mühüm maraqlarındandır. Onun sözlərinə görə, İranın strategiyası və prioritetləri regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasıdır.
“Biz regionda inteqrasiya proseslərini dəstəkləyirik. Hesab edirik ki, regiondan kənar dövlətlər bölgədə öz töhfələrini verə və qanuni maraqlar güdə bilərlər, lakin buna baxmayaraq, inteqrasiyanın, inkişafın və sülhün hərəkətverici qüvvələri məhz region ölkələri olmalıdır”, - deyə Şirğolami bildirib.
O qeyd edib ki, Ermənistan, Azərbaycan, Gürcüstan, İran və Türkiyə sülh prosesinə, həmçinin bu region ölkələrinin iqtisadi rifahı və çiçəklənməsinə müsbət töhfə verə bilər.
Səfir aydınlaşdırıb ki, digər ölkələr də təhlükəsizlik, hərbi və ya geosiyasi məqsədlər güdmədikləri təqdirdə, region ölkələrinin maraqlarına zidd olmayan şəkildə müsbət rol oynaya bilərlər.
Şirğolami İranın bu baxımdan mühüm rol oynamağa hazır olduğunu bildirib və xatırladıb ki, Tehran bütün bu məsələlər üzrə Ermənistan hökuməti ilə səmərəli dialoq aparır.
Alpər Mövludoğlu
Ordu.az