Ordu.az xəbər verir ki, bu barədə “Gallup International Association” (GIA) məlumat yayıb.
Təşkilatın 1001 respondent arasında keçirdiyi sorğuya əsasən, seçicilərin 24,3%-i parlament seçkilərində lideri Nikol Paşinyan olan hakim “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazırdır. Ermənistan mediasının məlumatına görə, bu nəticə müsbət artım nümayiş etdirir.
Erməni iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasına respondentlərin 13,4%-i səs verməyə hazırdır. Erməni sahibkar Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasını respondentlərin 7,9%-i, ölkənin eks-prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunu isə sorğu iştirakçılarının cəmi 5,5%-i seçməyə hazırdır.
Ümumilikdə respondentlərin yarısından bir qədər çoxu, 51,9%-i qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindədir.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Alpər Mövludoğlu
Ordu.az