Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“İndi aydındır: Paşinyanın ucbatından Rusiya ilə başlanmış iqtisadi müharibə iyulda olacaq, yoxsa bizim iyunda Ermənistana gətirəcəyimiz dəyişikliklər olacaq?
Düzünü desəm, kiçik bir dəstənin rəhbərinin davranışına əsəbiləşmişəm. Moskvada biabırçı vəziyyət yarandı. Amma bundan da pisi odur ki, ardıcıl addımlarla ölkəmizi geosiyasi toqquşmalar meydanına çevirdi.
Nəyə görə dost Rusiyanı regionumuzdan uzaqlaşdırmağa cəhd etmək lazım idi? Onun mövcudluğu heç vaxt Ermənistanın digər güc mərkəzləri ilə əməkdaşlığına, ticarətinə mane olmayıb. Gələcəkdə də əminəm ki, mane olmayacaq. Sadəcə olaraq, ağılla və xalq dilində desək, adamda bir az qabiliyyət olmalıdır. Sonra da sadəcə olaraq, məntiqli olmaq lazımdır. Rusiya ilə bizim ən dərin iqtisadi əlaqələrimiz var. Bizə ucuz qaz verən Rusiyadır, bizim mövsümi işçilərimizi məmnuniyyətlə qəbul edən Rusiyadır, kənd təsərrüfatı məhsullarımızın əhəmiyyətli hissəsini alan Rusiyadır. Bəs bütün bunları dayandırsa, daha da kasıblaşacaq xalqımıza nə cavab verəcəksiniz?”, - deyə o qeyd edib.
Karapetyan, həmçinin bildirib: “Amma bugünkü baş naziri soydaşlarımızın taleyi, onların cibinin və soyuducusunun içindəkilər maraqlandırmır. Əsas olan odur ki, yalan müharibələrlə qorxudaraq öz rifahı naminə hakimiyyətdə qala bilsin. Əlbəttə ki, qalmayacaq. Kiçik dəstəni uzaqlaşdıracağıq və regionun bütün ölkələri ilə, bütün güc mərkəzləri ilə dostluq edəcəyik.
Biz Gürcüstanın və Ukraynanın başına nə gəldiyini gördük.
Bizə yeni müharibələr lazım deyil.
Nikolun xeyrinə səs verməklə siz kasıblıq və ruslarla düşmənçilik, qütbləşmə və iqtisadiyyatın dağılması əldə edəcəksiniz. Bizə etibar edin və əsl dəyişiklik - güclü iqtisadiyyat, birlik və uzunmüddətli sülh əldə edək.
Güclü Ermənistanın vaxtıdır”.
Alpər Mövludoğlu
Ordu.az